Sen 27, 2020 09:20 Asia/Baku
  • Netanyahunun mənzili qarşısında aksiya keçirilib

Medialar qəsb olunmuş Qüdsdə sionist rejimin baş naziri Benyamin Netanyahunun yaşadığı məkanın qarşısında aksiyanın keçirilməisndən və polisin bu məkana çıxan küçələri bağlamaq üzrə səyindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Aksiyaçılar Benyamin Netanyahunu işğal olunmuş ərazilərdəki qarışıqlığın amili hesab ediblər.

Ötən bir neçə həftə ərzində Netanyahuya qarşı etirazlar ciddi şəkildə artıbdır.

Qəsb edilmiş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyası, eləcə də onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.

Etirazçılar Netanyahunun nazirlər kabinetinin koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətini, həmçinin onun və arvadının korrupsiya işlərini tənqid edərək, sionist rejimin baş nazirinin tez bir zamanda istefa verməsini tələb ediblər.

Netanyahu son aylar ərzində dörd korrupsiya işi ilə əlbəyaxadır. Bu cinayət işləri medialarda mininci, iki mininci, üç mininci və dörd mininci işlər kimi tanınıbdır.

Teqlər