Noy 14, 2020 19:45 Asia/Baku
  • Səudiyyə vəliəhdi maaşları 30% azaltdı

Səudiyyə rejiminin SPA rəsmi xəbər agentliyinin bildirdiyinə görə, vəliəhd şahzadə Məhəmməd bin Salman ölkənin keçən ilki büdcə proqnozunda ölkə gəlirlərinin 833 milyard rial olaraq təyin olunduğunu və bunun da 513 milyard riallıq (137 milyard dollar) hissəsinin neft gəlirləri olduğunu söyləyib.

SəhərAzəri xəbər verir, MBS bu il neft qiymətlərindəki azalma ilə neft gəlirlərinin də 410 milyard riala (109 milyard dollar) düşdüyünü və bunun bu ilin büdcədəki 504 milyard riallıq maaş ödənişlərini belə əhatə etmədiyini qeyd edib.

Səudiyyə vəliəhdi noyabrın 12-si axşam çıxış edərək ölkənin iqtisadi tənəzzüllə üzləşdiyini söyləyib.

Al-Arabiya xəbər saytının verdiyi məlumata görə, Səudiyyə rejiminin vəliəhdi açıqlamasında bunları deyib: "2020-ci il büdcə proqnozu 833 milyard rial olaraq qiymətləndirilib, bunun 513 milyardı neft gəlirləri ilə əlaqəli mümkün gəlirlərdir. Bu il neft qiymətlərinin düşməsindən sonra neft gəlirləri 410 milyard riala düşdü. Təkcə bu gəlirlər, bu ilin büdcəsində 504 milyard rial olaraq qiymətləndirilən maaş bəndini, digər maddələrin maliyyələşdirilməsinin çətinliyini bir tərəfə, ödəmək üçün kifayət deyil. 103 milyard rial kapital xərcləri, 69 milyard rial sosial müavinət, 140 milyard rial texniki xidmətlərə, gigər xərclərə saxlanıla bilər və s. Bu tənəzzül və milyonlarla iş yerinin itirilməsi deməkdir.

Bu il qeyri-neft ixracatımızı 360 milyard riala qədər artırmasaq və 2015-ci il üçün müəyyən edilmiş səviyyədə, yəni təxminən 100 milyard rialda qalırıqsa, dövlət sektoru işçilərinin maaşlarını, subsidiyalar və mükafatları tam olaraq 30%-dən azaltmaq məcburiyyətində qalacağıq. Dotasiya və bonusları tamamilə ləğv edin və kapitalın xərclərini tamamilə kəsin".

Bin Salmanın bu açıqlamaları, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın 2015-ci ilin aprelində böyük xərclər hesabına başlayan Yəmənə qarşı hücumlarını davam etdirməsi ilə əlaqədardır.

Teqlər