Noy 19, 2020 18:24 Asia/Baku
  • BMT Baş Assambleyası :

BMT Baş Assambleyası bir qətnamə təsdiq edərək, sionist rejimi işğalçı bir güc adlandırıb".

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, BMT Baş Assambleyasının İkinci Komitəsi dünən bir qətnamə qəbul edərək, sionist rejimi işğalçı bir güc kimi xarakterizə edib və işğal olunmuş ərazilərdə 1967-ci ildə təsdiqlənmiş sərhədlərin istənilən dəyişikliyini etibarsız hesab edib. 

Bu qətnamə layihəsi 153 lehinə, 6 əleyhinə və 16 bitərəf səslə təsdiqlənib.

Bu qətnamədə işğal olunmuş ərazilərdə kənd təsərrüfatı və bağların geniş şəkildə dağıdılmasından ciddi narahatlıq ifadə olunub.

BMT Baş Assambleyasının üzvləri Qəzzə zolağı və digər işğal olunmuş ərazilərdə su və işıq şəbəkələri kimi mülki infrastrukturların geniş məhvindən kəskin narahatlıqlarını bildiriblər.

Üzvlər, həmçinin bütün işğal olunmuş ərazilərdə, o cümlədən Şərqi Qüds-də qəsəbə salmaların davam etməsinin fələstinlilərin sivil, siyasi, iqtisadi, sosial və mədəni hüquqları üçün nəticələri barədə xəbərdarlıq ediblər.

Sionist rejim BMT qətnamələrinin əksinə olaraq və ABŞ-ın dəstəyi ilə hələ də Fələstinin işğal olunmuş ərazilərində sionist sakinli qəsəbələrin inşası və qanunsuz hərəkətlərini davam etdirir.

Teqlər