Noy 23, 2020 14:36 Asia/Baku
  • Yəmən qüvvələri

Yəmən Ordusu və Xalq Komitələri qüvvələrinin sözçüsü Səudiyyə Əərbistanın Ciddə şəhərində yerləşən Aramko neft şirkətinin paylama stansiyasına raket zərbələri endirildiyini bildirib.

SəhərAzəri Əl-Məsirə telekanalının məlumatına istinadən xəbər verir, Yəhya Səri bu gün vurğulayıb: "Yəmən ordusunun raket bölmələri "Qüds 2" tipli qanadlı raketlə Ciddədəki “Aramco”-nun paylama stansiyasını uğurla hədəfə alıblar".

Yəhya Səri qeyd edib ki, "Qüds 2" raketi uğurla hədəfə dəyib və hadisə yerinə yanğın söndürən və təcili yardım briqadaları cəlb edilib.

Yəmən ordusunun sözçüsü deyib: "Bu əməliyyat Yəmənə hücum və onun mühasirəsinin davam etməsinə, həmçinin Yəmənin silahlı qüvvələrinin neçə gün əvvəl Səudiyyə Əərbistanın dərinliyində genişmiqyaslı əməliyyata dair vədlərinə əsasən, həyata keçirilib".

Səri bir daha Səudiyyə Əərbistanında çalışan xarici vətəndaşlar və şirkətlərə xitabən deyib: "Yəmən ordusunun əməliyyatlarının davam edəcəyini nəzərə alaraq, həyati əhəmiyyət daşıyan obyektlərdən uzaq durmalıdırlar, çünki bu obyektlər hədəflər siyahısında yer alıb".

Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə gücü, ölkənin Səudiyyə rejimi tərəfindən hərtərəfli mühasirəyə alınmasına baxmayaraq, gündən-günə artmaqdadır.

Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə qarşı hərbi hücuma keçib və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb.

Teqlər