Nov 05, 2015 09:11 Asia/Baku
  • Bir sionist hərbçi öldürülüb
    Bir sionist hərbçi öldürülüb

İordan çayının qərb sahilində bir sionist hərbçi öldürülüb.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, sionist rejimin təcavüzkarlıqlarına reaksiyada ötən gün günortadan sonra bir fələstinli sürücü İordan çayının qərb sahilində əl-Xəlildə öz avtomobilini 2 sionist hərbçinin üzərinə sürüb. Bu hücumda bir sionist zabit ölüb və digəri də yaralanıb.
Sionist rejimin 7-ci telekanalı bildirib ki, hücum nəticəsində yaralarının ağırlığı üzündən hərbçinin biri ölüb.
Bu məlumata görə, sionistlərə qarşı bu əməliyyatı keçirən şəxs İsrail rejimi hərbçiləri tərəfindən şəhid edilib.
Fələstinin yerli mənbələri bildiriblər ki, bu fələstinli mübariz sionst hərbçilərin əl-Xəlil şəhərində bir neçə qadın və uşağa hücumunu müşahidə etdikdən sonra onlara hücum edib və iki hərbçini maşınla tapdalayıb.
Sionistlərin ötən bir ayda Fələstin ərazilərinə hücumlarında 75 nəfər, o cümlədən əl-Xəlildə 25 nəfər şəhid olub.
Sionist rejimin əl-Əqsa məscidində fələstinlilərə qarşı kobud hərəkətləri, İsrail rejimi kənd təsərrüfatı naziri və onu müşayiət edən heyətin bu məscidə daxil olması və sionistlər tərəfindən zaman və məkana bölünməsi ilə bağlı açıqlamaların verilməsi Qüds İntifazəsinin başlanmasına səbəb olub.

Teqlər

Şərhlər