Avq 23, 2020 08:13 Asia/Baku
  • Amerika regionda müharibə odunu alovlandırır

Livan Hizbullahının baş katibi Məhərrəm ayının üçüncü gecəsindəki çıxışında Amerikanın regionda müharibə odunu alovlandırdığını vurğulayıb.

Səhər Azəri bildirir ki, Seyyid Həsən Nəsrullah deyib:, Amerika, Qərb ölkələri və bəzi ərəb ölkələri bölgənin daxili işlərinə qarışırlar.

Nəsrullah, amerikanlara xitabən deyib: Nə üçün sizin hamınız ölkələrin işlərinə müdaxilə haqqına maliksiniz və ədalətsizlik törədirsiniz? Lakin nə bizim, nə də ki, başqalarının öz regionumuzun xalqlarına kömək etməyə haqqımız yoxdur?

Livan Hizbullahının baş katibi daha sonra söyləyib: Amerika müharibə sala bilir və özünə Yəməndə və digər yerlərdə uşaqların sümüklərini sındırmaq haqqı verir, amma bir kəsin bu təcavüzün pislənilməsi haqda hətta bir söz söyləməyə belə, haqqı yoxdur.

Nəsrullah sonra Amerikanı dünya xalqları üçün ən böyük problem, həmçinin beynəlxalq sülh və təhlükəsizlik üçün ən böyük təhdid hesab edib.

Livan Hizbullahının baş katibi həmçinin sionist rejimi regionda əsl bəla adlandırıb və belə deyib: Əgər bir kəs bu rejimlə mübarizə aparmaq istəyərsə, Fələstin ölkəsi və xalqının tarixindən agah olmalıdır.

Teqlər

Şərhlər