İyun 01, 2020 12:11 Asia/Baku

Gürcüstanda 29 800 uşaq yaşadığı evdə sabun və təmiz sudan məhrumdur.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) Gürcüstanla bağlı bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, koronavirus pandemiyasının əsas təsiri uşaqlar və yetkinlik yaşına çatmayanlara olub.

 

Qeyd olunub ki, Gürcüstanda məktəblərin distant şəkildə fəaliyyət göstərdiyi bir vaxtda 3-17 yaş aralığında olan 50 400 uşağın evində keyfiyyətli internet və kompüteri yoxdur.

UNİCEF Gürcüstan hökumətinə uşaqların əsas ehtiyaclarının ödənilməsinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edib.  

Bəyanatda o da bildirilib ki, Gürcüstan parlamentinin 2019-cu ilin sentyabrında qəbul etdiyi Uşaq Hüquqları Haqqında Məcəllə cari ilin sentyabrında qüvvəyə minəcək. Bundan sonra Gürcüstandakı bütün dövlət qurumları, yerli hakimiyyət orqanları və digər inzibati qurumlar, ümumi məhkəmələr, ictimai və özəl təşkilatlar, uşaqlarla işləyərkən yuxarıda adıçəkilən məcəlləyə əsasən qərar qəbul edəcəklər.

 

Teqlər