İyun 06, 2020 10:45 Asia/Baku
  • Ermənistanın sabiq rəsmisi Paşinyanı biabır etdi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru baş nazir Nikol Paşinyanın dövləti lağ obyektinə çevirdiyini deyib.

SaharAzeri xəbər verir, Paşinyanın öz “Facebook” səhifəsində mövcud karantin qaydalarının pozulmasını əks etdirən video, fotolar yayımlamasına münasibət bildirən Artur Vanetsyan deyib: “Bu, fotokampaniya son dərəcə diqqətsiz və səriştəsiz aparılır. Dövləti lağ obyektinə çevirmək günahdır. Bunu etmə, sadəcə etmə”.

Xatırladaq ki, bir neçə gün əvvəl Paşinyan vətəndaşlara epidemiyanın yayılması əleyhinə tədbirləri pozan şəxslərin fotolarını çəkib ona göndərməklə bağlı çağırış edib. Artıq Paşinyan bir neçə gündür ki, “Facebook” səhifəsində həmin video və fotoları yayımlayır. 

Teqlər