İyun 29, 2020 10:50 Asia/Baku
  • Ermənistanda koronavirusa yoluxanların sayı 25 mini keçib

Ermənistanda son sutka ərzində daha 482 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

SəhərAzəri -  APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 433 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 13 297 nəfərdir.

 

Teqlər