Avq 05, 2020 14:02 Asia/Baku
  • Gürcüstanın turizm gəlirləri 80% azalacaq

Gürcüstanın turizmdən builki gəlirləri illik müqayisədə 80% azalacaq.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bunu ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze deyib.

Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir.

K.Qvenetadze bildirib ki, mövcud pandemiya böhranının əsas xüsusiyyəti qeyri-müəyyənliyin yüksək səviyyədə olmasıdır ki, bu da əsasən turist axınlarına aiddir.

Teqlər