Sen 03, 2020 17:40 Asia/Baku
  • Gürcüstanda elektrik enerjisinin istehsalı azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan SES-lərində elektrik enerjisinin istehsalı illik müqayisədə 7,7% azalaraq 5,3 mlrd. kVt-saat təşkil edib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında qeyd olunub.

İstehsalın azalması fonunda bu ölkədə elektrik enerjisinə tələbat artıb ki, bu da idxalın artmasına səbəb olub. Belə ki, Gürcüstanın 2019-cu ilin ilk 7 ayı ərzində elektrik enerjisi idxalının həcmi 716 mln. kVt-saat təşkil edib, 2020-ci ilin analoji dövründə isə bu göstərici 788 mln. kVt-saata çatdırılıb.

Hesabatda qeyd olunub ki, Gürcüstan SES-lərində istehsalın azalması yaz-yay aylarında bu ölkənin qonşularına  ixrac edilən elektrik enerjisinin həcminin azalmasına səbəb olub. Belə ki, bu il Gürcüstan qonşu ölkələrinə 149,6 mln. kVt-saat elektrik enerjisi ixrac edib ki, bu göstərici illik müqayisədə 38% azadır.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsüdür. 

 

Teqlər