Sen 03, 2020 20:37 Asia/Baku
  • Gürcüstanda seçkiyə müdaxiləyə görə daha sərt cəzalar qəbul olunub

Gürcüstan parlamenti ölkənin Seçki Məcəlləsinə düzəlişləri sürətləndirilmiş qaydada üçüncü oxunuşda qəbul edib.

 SəhərAzəri Report-a istinadla xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının təşəbbüskarı olduğu qanun layihəsini 81 deputat dəstəkləyib.

Müxalif Vahid Milli Hərəkat və Avropalı Gürcüstan partiyaları səsvermədə iştirakdan imtina ediblər.

Layihəyə əsasən, seçicilərin səs verməsi ilə bağlı məcburetmə, hədə-qorxu və səsvermə gizliliyinin pozulmasına görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulub.

Bu cür pozuntulara yol verən şəxslərə qarşı cərimələr və ya 6 aydan 2 ilədək ev dustaqlığı, yaxud da 3 ilədək həbs cəzası tətbiq olunacaq.

Teqlər