Sen 04, 2020 09:24 Asia/Baku
  • Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda son sutka ərzində koronavirusa 28 yeni yoluxma halı təsdiqlənib, 15 pasiyent sağalıb.

SəhərAzəri “Report”a istinadla  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.  

Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 596-ya, sağalanların sayı isə 1 294-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 6 250 nəfər karantində, 289 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Teqlər