Sen 10, 2020 23:08 Asia/Baku

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası parlament seçkiləri öncəsi baş nazir və parlament sədri vəzifələrinə namizədlərini açıqlayıb.

SəhərAzəri Report-a istinadən xəbər verir ki, hökumət başçısı postuna hazırkı baş nazir Giorgi Qaxariya, spiker vəzifəsinə isə hazırkı spiker Arçil Talakvadzenin namizədliyi irəli sürülüb.

“Gürcü Arzusu”nun seçki siyahısının ilk 20-liyində partiyanın aparıcı şəxsləri də yer alıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Teqlər