Sen 11, 2020 21:12 Asia/Baku
  • Gürcüstanda daha bir antirekord – Yoluxanların sayı durmadan artır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 87 yoluxma faktı qeydə alınıb.

SəhərAzəri Sputnik.Az-a istinadla xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1917-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 20 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1334-ə çatıb, 19 nəfər isə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 28,1 milyonu keçib, 909 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər

Şərhlər