Sen 13, 2020 16:22 Asia/Baku
  • Daha bir deputat koronavirusa yoluxdu - Gürcüstanda

Gürcüstanda daha bir deputat koronavirusa yoluxub

Səhər Azəri bildirir ki, Gürcüstan parlamentinin deputatı Gedevan Popxadze koronavirusa yoluxub. 

Məlumata görə, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edən millət vəkilinin COVİD-19 analizinin cavabı müsbət olub.

Qeyd edək ki, bir neçə gün öncə  parlamentin digər üzvü Levan Qoqiçaişvilinin də koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Hər iki deputatın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Teqlər