Sen 27, 2020 18:39 Asia/Baku
  • Ermənistan və Azərbaycan R. hərbçiləri arasında döyüşlər gedir

Münaqişəli Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan Respublikası hərbçiləri arasında yeni döyüşlər başlanıbdır.

SəhərAzəri xəbər verir, Bu gün səhərdən başlanan döyüşlər indiyədək tərəflərdən bir qrupunun ölümünə bais olubdur.

Qondarma Dağlıq Qarabağ Respublikasının milli təhlükəsizlik şurasının katibi Ermənistan və Azərbaycan Respublikası hərbçiləri arasındakı döyüşlərin davam etməsindən bir neçə saat sonra Azərbaycan Respublikası hərbçilərinin verdikləri tələfatın sayına toxunmadan bildirdi ki, indiyədək bu döyüşlərdə Ermənistan hərbçilərindən on nəfər ölübdür.

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov da bu ölkənin, münaqişəli Dağlıq Qarabağ bölgəsində yerləşən yeddi kəndinin geri alındığını bildirib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bir bəyanat yayaraq, erməni qüvvələri döyüşlərə başlamaqda ittiham edibdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əiyev də həmin kəndlərin geri alınmasını təsdiq və ilkin qələbə münasibətilə bu ölkənin xalqı və ordusunu təbrik edibdir. O, deyib: Bakının mövqeyi ədalətə və beynəlxalq hüquqlara əsaslanır və Azərbaycan Respublikası ordusu öz ərazisində düşmən qüvvələrinə ağır zərbələr endirərək, ölkənin ərazi bütövlüyünü müdafiə edir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkə qüvvələrinin Azərbaycan Respublikası hərbçiləri ilə döyüşlərinin başlanmasının ardınca bildirmişdi ki, Ermənistanda hərbi vəziyyət bərqərar edilib və könüllü qüvvələrin cəbhələrə göndərilməsi üçün milli səfərbərlik başlanıbdır.

Paşinyan eyni zamanda Azərbaycan Respublikasının hökumət rəsmilərinə xitabən onlara tövsiyə edibdir ki, konstruktiv istiqamətdə addım atsınlar, zira əgər İrəvan gizli informasiyaları yaymağa başlayarsa, Azərbaycan Respublikasının daxili siyasi vəziyyəti səbatsızlaşacaqdır.

Ermənistanın baş naziri iddia edibdir ki, Azərbaycan Respublikası bu döyüşləri başlayan tərəf olub və erməni hərbi qüvvələr indiyədək Azərbaycan Respublikasının iki vertolyotu və üç pilotsuzunu vura biliblər.

Teqlər