Okt 22, 2020 14:17 Asia/Baku
  • Azərbaycan Respublikası və Ermənistanın hava qüvvələri ağır itkilər veriblər

Qarabağda gedən döyüşlərin 24-cü günü Azərbaycan Respublikası və Ermənistanın hava qüvvələri texnikasının geniş şəkildə məhv edilməsi ilə müşayiət olunub.

SəhərAzəri İRİB-nin Bakı müxbirinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən Ermənistana məxsusu dörd ədəd PUA-nın Füzuli, Tərtər və Höradiz bölgələri üzərində bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən aşkarlanaraq, məhv edildiyindən xəbər verib.

Eyni zamanda Ermənistanın dövlət radiosu da bu ölkənin Müdafiə Nazirliyinə istinadla Azərbaycan ordusuna məxsus bir ədəd qırıcının məhv edildiyini bildirib.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Ermənistanın Artsax adlandırdığı Dağlıq Qarabağ bölgəsindəki münaqişə 1988-ci ildə başlayıb və 1991-ci ildə hərbi qarşıdurmaya çevrilib. Bu münaqişə 28 sentyabrda bir-birlərinin mövqelərinə atəş açaraq, yenidən başlayıb və indiyədək hər iki tərəf çoxlu sayda itki verib.

Teqlər