Okt 29, 2020 17:35 Asia/Baku
  • Rusiya sərhədçiləri Dağlıq Qarabağda yerləşiblər

Ermənistanın baş naziri Dağlıq Qarabağ bölgəsindəki Ermənistan sərhədlərində Rusiya sülhməramlı qüvvələrinin olduğunu təsdiqləyib.

SəhərAzəri "Rio Novosti"yə istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan İspaniyanın "EFE" xəbər agentliyi ilə müsahibədə sosial şəbəkədə Rusiya hərbçilərinin Ermənistanın Qarabağdakı sərhədlərində yerləşməsi ilə bağlı yayılan görüntülərə toxunaraq, deyib: "Bu yeni bir məsələ deyil vəbu qüvvələr iki ölkə arasındakı müqaviləyə əsasən, təhlükəsizliyi təmin etmək üçün Ermənistanın bəzi bölgələrində mövcuddur".

Bu elə bir haldadır ki, bundan əvvəh Rusiya Federasiyası Prezident Administrasiyasının mətbuat katibi Dimitri Peskov bildirib ki, Dağlıq Qarabağ bölgəsində sülhməramlı qüvvələrin və ya hərbi müşahidəçilərin yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Bu yaxınlarda Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ münaqişəsi ilə əlaqədar üç atəşkəs razılaşması əldə edilib və sadəcə bir neçə dəqiqədən sonra pozulub.

Azərbaycan Respublikası ilə Ermənistan arasında 27 sentyabrda mübahisəli Qarabağ bölgəsində yeni qarşıdurmaların başlamasından bəri hər iki tərəfdən onlarla mülki və əsgər öldürülüb və yaralanıb.

Teqlər