Noy 10, 2020 06:01 Asia/Baku
  • Ermənistanın Baş naziri Nikol Paşinyan
    Ermənistanın Baş naziri Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib: "Mənim Qarabağ üzrə bəyanatı imzalamaqdan başqa çıxış yolum yox idi".

SəhərAzəri xəbər verir, Paşinyan qərarın dərin analiz və hazırkı hərbi vəziyyəti dərindən bilən şəxslərin qənaəti əsasında verildiyini vurğulayaraq deyib: "Biz təkcə bugünkü hərbi vəziyyəti yox, onun mümkün davamını da nəzərə alaraq bu qərarı qəbul etmişik. Mən bütün vətəndaşlardan xahiş edirəm ki, talançı qrupların təsiri altına düşməsinlər".

Paşinyan əlavə edib: "Mən çox şey deyə bilərəm, lakin insanların həyatını təhlükəyə atmamaq üçün susacam. İndi hay-küy salanlar səngərlərdəki əsgərlərin kürəyinə zərbə vururlar. Mənim istefamı tələb edən bir siyasi xadim var, bir gün əvvəl isə Şuşadakı mövqeləri tərk etmişdi. Məqsədləri ədalətli və səmimi olan insanlar da var. Bu ölən əsgərlərin doğmalarıdır, mən onların qarşısında baş əyirəm". 

O, qeyd edib ki, cəbhədə vəziyyət stabil deyil və ona zərər vuracaq addım atmaq olmaz. Paşinyan bir daha vurğulayıb ki, hazırda heç nəyi təfsilatı ilə izah edə bilməyəcək, vəziyyət stabilləşəndən sonra hər şeyi açıqlayacaq.

 

Teqlər