Noy 23, 2020 14:33 Asia/Baku
  • Ermənistan Prezidenti:

Ermənistan Prezidenti Armen Sarkisyan İrəvanı Qarabağ münaqişəsində Azərbaycan Respublikası qarşısında əsas uduzan kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, Armen Sarkisyan "Aravot" nəşri ilə müsahibədə, etiraf edib ki, onlar keçən illər ərzində Qarabağ bölgəsində Azərbaycan Respublikası ordusunun qarşısında müqavimət göstərə biləcək ordu qura bilmədyiblər, hərbi teknikaları və təlimləri olmayıb.

"Yalnız döyüş meydanında məğlub olmadıq, həmdə Dağlıq Qarabağ əhalisinin son illərdə artmaması özü bir məğlubiyyət idi" , - deyə Ermənistan prezidenti qeyd edib.

Sarkisyan, həmçinin Ermənistan mediasını tənqid edərək, deyib: "Ermənistan mediaları informasiya cəbhəsində Azərbaycandan geri qaldılar və “Facebook”  “kopi", "paste”dən başqa bir iş görmədi".

Ermənistan prezidenti, həmçinin Ermənistanda hökumətə və quruluşa inam və münasibət baxımından ciddi problemlərin olduğunu bildirib və bu ölkədə növbədən kənar parlament seçkilərinə çağırıb.

Bu yaxınlarda Sarkisyan bir qrup erməni ilə görüşdə  baş nazir və Azərbaycan Respublikası və Rusiya prezidentləri arasında imzalanan atəşkəs razılaşması ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Ermənistan və Azərbaycan Respublikası 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə razılıq əldə ediblər.

Ermənistan xalqı bu razılaşmanı qəbul etmir və Nikol Paşinyanın hərəkətlərinə etiraz edir.

Teqlər