Dek 01, 2020 21:12 Asia/Baku
  • Yanvar-oktyabr aylarında Gürcüstan iqtisadiyyatı 5,1 faiz azalıb

Gürcüstan iqtisadiyyatı oktyabr ayında 3,9 faiz azalıb. Yanvar-oktyabr aylarında isə iqtisadiyyatda 5,1 faiz geriləmə qeydə alınıb.

SəhərAzəri xarıcı xəbər agentliklərinə istinadən xəbər verir, Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qoqita Todradze bildirib ki, azalma bütün maliyyə sektorlarında qeydə alınıb. Xüsusilə nəqliyyat, mehmanxana, restoran, inşaat, incəsənət, istirahət və əyləncə, eləcə də sənaye istehsalı sahələrində baş verib.

İcraçı direktor deyib ki, ölkə iqtisadiyyatında əsas rol oynayan ticarət dövriyyəsində də azalma qeydə alınıb. Belə ki, oktyabr ayında xarici ticarətdə ixrac 2,2 faiz, idxal isə 23,5 faiz azalıb. Cari ilin 10 ayında isə ixrac 11 faiz, idxal isə 17 faiz azalıb.

Oktyabrda ölkədə 4046 yeni müəssisə yaradılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır.

Teqlər