Dek 02, 2020 21:09 Asia/Baku
  • Gürcüstanda bir gündə 4 min nəfər koronavirusa yoluxub

Gürcüstanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, bu ölkədə son 24 saat ərzində COVİD-19 infeksiyasına 4 min 33 yeni yoluxma faktı qeydə alınıb.

SəhərAzəri TASS-a istinadla xəbər verir ki, Gürcüstanın səhiyyə rəsmiləri bildiriblər ki, son sutkada daha 4 min 33 nəfərin koronavirusa yoluxması ilə bu ölkədə bu virusa yoluxanların ümumi sayı 143 min 376 nəfərə çatıbdır.

Həmçinin son sutkada 39 nəfər həyatını itirib və beləliklə də bu virus qurbanlarının ümumi sayı min 342 nəfərə çatıbdır. 

Gürcüstanda COVİD-19 infeksiyasına yoluxma hallarının kəskin artması fonunda bu ölkə hökuməti marketlər və restoranların fəaliyyətini yanvarın 31-dək dayandırıb və böyük şəhərlərdə ictimai nəqliyyatın hərəkətinə qadağa qoyub. Hazırda bu ölkədə gecə saat 21:00-dan səhər saat 5:00-dək komendant saatı tətbiq edilir və vətəndaşlar evdən çıxa bilməzlər.

Teqlər