Yan 05, 2021 16:25 Asia/Baku
  • İngilis koronavirusu Gürcüstanda

Gürcüstanda ingilis koronavirusuna ilk yoluxma halı qeydə alınıb.

SəhərAzəri xəbər verir, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktor müavini Pata Imnadze deyib: Hazırda koronavirusa yoluxmuş xəstənin vəziyyəti qənaətbəxşdir və o, karantində saxlanılır.

İngilis koronavirusuna yoluxmuş şəxsin indiyədək İngiltərədə olmadığını deyən İmnadze onun hansı ölkəyə səfər etdiyinə aydınlıq gətirməyibdir.

Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktor müavini yeni koronavirusun sürətlə ötürülməsinə işarə ilə vurğulayıb ki, bu virusla mübarizə üçün təhlükəsizlik tədbirlərinin görülməsi iş gündəminin prioritetində durur.

Dörd milyon nəfərə yaxın əhalisi olan Gürcüstan COVID-19 pandemiyasının əvvəlindən bu xəstəliyin yayılması ilə mübarizə istiqamətində təsirli addımlar ata bildi. Bu ölkə bölgədə koronavirus pandemiyası cəhətdən yaşıl ölkələrdən biri hesab olunurdu.

Teqlər