Yan 14, 2021 13:51 Asia/Baku
  • Moskva İrəvanın Dağlıq Qarabağın mövqeyi ilə bağlı iddiasını rədd edib

Rusiya Ermənistanın Dağlıq Qarabağın mövqeyi ilə bağlı iddiasını rədd edib.

SəhərAzəri xəbər verir, Rusiyanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi İqor Popov Ermənistanın Dağlıq Qarabağ regionunun mövqeyi ilə bağlı iddiasını və Rusiyanın Ermənistana Azərbaycan Respublikasının təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyə israr etməsini rədd edib.

Popov bir bəyanatında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın/ «Rusiya Dağlıq Qarabağ bölgəsində vəziyyətin nizama salınması üzrə səylər çərçivəsində israr etdi ki, Ermənistan Dağlıq Qarabağ regionunun hüquqi vəziyyəti müəyyənləşdirilmədən yeddi rayonu Azərbaycan Respublikasına qaytarsın» iddiası,/ ağ yalan və əsassızdır.

Popov vurğulayıb ki, 2019-cu ilin iyununda Rusiya/ Fransa və ABŞ-ın daxil olduğu Minsk qrupunun digər həmsədlərinə Dağlıq Qarabağ regionunda vəziyyətin mərhələli surətdə nizamlanması üzrə planın ilkin mətninin son versiyasını təqdim etdi. Həmin plana əsasən, birinci mərhələdə beş rayon və ətrafdakı bölgələr Azərbaycan Respublikasına qaytarılacaq, ikinci etapda isə digər iki rayon onun Dağlıq Qarabağ regionunun hüquqi vəziyyətinin müəyyənləşdirilməsilə əlaqəli şəkildə təhvil veriləcəkdi.

Popovun sözlərinə görə, Rusiya Qondarma Dağlıq Qarabağ Respublikasına bu regionun fəaliyyətini tam şəkildə təmin, bu qondarma respublikanın nümayəndələrinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının iclaslarında iştirak və blokadanı ləğv etmək, həmçinin sərhədləri açmaq hüququ, eləcə də münaqişə tərəflərinin güc tətbiq etməmək barədə öhdəlik götürmələrini təklif etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan "44 günlük müharibənin mənşəyi" adlı məqaləsində yazıb ki, Rusiya Ermənistanın Dağlıq Qarabağ regionunun hüquqi vəziyyəti müəyyənləşdirilmədən yeddi rayonu Azərbaycan Respublikasına qaytarmasına israr etdi.

Teqlər