Dek 22, 2015 10:01 Asia/Baku
  • Fələstinli qruplar
    Fələstinli qruplar "Qəzəb Cüməsi" aksiyasında iştiraka çağırış ediblər

Fələstinin milli və islamçı qrupları "Qəzəb Cüməsi" aksiyasında iştiraka çağırış ediblər.

Fələstin xəbər mənbələrinin bildirdiklərinə görə, Fələstinin milli və islamçı qrupları habelə, Fələstinli Gənclər Koalisiyası bazar ertəsi günü müştərək bir bəyanat yayaraq "Qəzəb Cüməsi" günü Fələstinin hər bir nöqtəsində, habelə, bütün İslam və Ərəb ölkələrində İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərinə etiraz olaraq aksiyaların keçirilməsi üçün çağırış ediblər.

Fələstinli qruplar fələstinlilərin öldürülməsi, əsir alınması, şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməməsi, fələstinlilərin evlərinin dağıdılmasını İsrail rejimi ordusu və sionis qəsəbə sakinlərinin gündəlik cinayətlərindən adlandırıblar.

Fələstinli qruplar həmçinin, Fələstin xalqının müstəqillik, azadlıq, Qüdsün paytaxt olması ilə müstəqil Fələstin dövlətinin təsis edilməsi və fələstinli didərginlərin öz ölkələrinə geri qayıtmaları zamanına kimi mübarizənin davam etdirilməsinə təkid ediblər.

Fələstinli qrupların bəyanatında İsrail rejiminin Fələstin ərazilərində qanunsuz olaraq sionist qəsəbələri salması prosesinin dayandırılmasına və sionistlərin cinayətlərinin beynəlxalq məhkəmədə araşdırılmasına da təkid edilib.

Fələstinli qruplar həmçiin bu gün Qızıl Xaç Komitəsinin Ramallahdakı ofisi önündə aksiyanın keçirilməsini istəyiblər.

Teqlər