Yan 02, 2016 10:36 Asia/Baku
  • "İsrail" hərbçiləri 2 fələstinlini yaraladılar

Sionist rejim hərbçiləri fələstinlilərə hücum edərək, 2 nəfəri yaralayıblar.

Fələstin İnformasiya Mərkəzi bildirir ki, İsrail hərbçiləri cümə günü axşam saatlarında Qəzzə zolağının şərqində fələstinlilərə tərəf atəş açıblar. Nəticədə 2 fələstinli yaralanıb.

Qəzzə zolağının Təcili Tibbi Yardım idarəsinin sözçüsü Əşrəv Qədrə bu iki yaralının Qəzzə xəstəxanasına köçürüldüyünü bildirib.

Sionist rejim hərbçiləri cümə günü Xan Yunus və Bəric düşərgəsinin şərqində aksiya keçirən fələstinlilərə tərəf də gözyaşardıcı qaz atıblar.

İsrail rejimi 2007-ci ildən Qəzzə zolağına qarşı mühasirəni gücləndirib, yanacaq və dərman kimi əsas məhsulların Qəzzəyə buraxılmasına icazə vermir.

Bundan başqa İsrail ordusu davamlı olaraq Qəzzə zolağına qarşı hücumlar həyata keçirərək, Fələstin xalqının müqavimətini qırmağa çalışır.