Yan 01, 2016 17:32 Asia/Baku
  • İraq Kürdüstanı məntəqəsinin başçısı qüdrəti təhvil verməyə öz hazırlığını bildirib
    İraq Kürdüstanı məntəqəsinin başçısı qüdrəti təhvil verməyə öz hazırlığını bildirib

İraq Kürdüstanı məntəqəsinin başçısı bu məntəqədə qüdrəti təhvil verməyə öz hazırlığını bildirib.

İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizani 2016-cı il münasibətilə verdiyi müraciətdə bu məntəqənin yerli idarəsindən problemlərin həlli üçün əlaqəli plan işləyib hazırlaması və əsaslı islahatlara başlamasını istəyibdir.

Barizani İraq Kürdüstanı məntəqəsindəki partiyaların bu məntəqə problemləri, xüsusən daxili ixtilafların həlli üçün həmkarlıq etmələri vacibliyini vurğulayıb.

İraq Kürdüstanı məntəqəsi bu məntəqəyə başçılıq qanunu barədə siyasi qruplar arasında yaranmış ixtilafların ardınca siyasi və iqtisadi böhranla üzləşibdir.

Teqlər