İyun 25, 2017 15:18 Asia/Baku
  • Gənc şahzadə və Tramp arasındakı
    Gənc şahzadə və Tramp arasındakı "sevgi"nin sirri

Trampın gözündə sevimli fiqura çevrilən gənc şahzadənin Ərəbistan vəliəhdi təyin edilməsi Ağ Evi razı salsa da, Ali-Səud şahzadələri bu seçimin Səudiyə Ərəbistanını daxili çəkişmələrə və sonda Ali-Səud ailəsinin Ərəbistandakı hökmranlığını təhlükə ilə üzləşdirəcəyindən nigarandırlar.

21 səudiyə şahzadəsi kral Salman Bin Əbdüləzizə məktub ünvanlayaraq, 31 yaşlı Məhəmməd Bin Salmanın vəliəhdliyi ilə müxalifət edib. Eyni zamanda müdafiə naziri olan bu 31 yaşlı vəliəhd təcrübəsiz və beyni qanlı olması ilə yanaşı, ABŞ-ın yeni və qalmaqallı prezidenti ilə əl-ələ verərək, region üçün xoşagəlməz planlar hazırlayır. Bu ikisi arasındakı iş birliyinin əsas görünən tərəfi isə silah və neft dollarları arasındakı yerdəyişmədir. Gənc olanı regionu qaynar qazana döndərmək, qoca olanı isə Ərəbistanı qaz kimi yolmaq niyyətindədir. Nəticə isə göz qabağındadır. Bu gedişlər regionda axıdılan günahsız insan qanı hələ uzun müddət davam edəcək.  

 

Ərəbistan tarixinin ən gənc vəliəhdi tezliklə sahib olacağı taxt-tacı Trampa borcludur. O, Ərəbistanın müdafiə naziri olaraq Tramp ilə 500 milyard dollarlıq müqaviləni imzaladığı andan bu taxt-tacın yeganə varisi sayılır.  Trampı razı salmaq üçün pərdə arxasında nələr vəəd etdiyini isə hələ ki, gizli saxlamağa çalışır.

Dünya Siyasət Mərkəzinin rəisi Corc Samuli isə deyir:

“Çox qəribə haldır. ABŞ prezidenti terrorizm ilə mübarizə aparmaq istədiyini deyir. Amma, bir nömrəli şəriki 11 Sentyabr cinayətini törədənlərdir. Ümumiyyətlə Ərəbistan İŞİD-in himayədarı və terrorizmin lideridir.

 

Ərəbistanın gənc vəliəhdinin necə bir ruhiyyəyə malik olduğu onun Yəmən müharibəsi üçün seçdiyi addan da məlum olur. “Qətiyyət Tufanı” onun cənub qonşusuna hücum üçün seçdiyi ad idi. Amma, bütün bu müddət ərzində heç bir uğur əldə edə bilməsə də, Yəməndə günahsız insanların qırğın edilməsi, Suriyada böhranın genişləndirilməsi, Qətərdə yeni böhran ocağının yaradılması və İranda terror aktlarının törədilməsi kimi çirkin planları həvəslə izləməsi habelə, BMT-nin Təhlükəsizlik Şurasında İranın Ali-Səud əleyhinə etirazı ilə üzləşməsi gənc şahzadəni Tramp üçün sevimli fiqura çevirib. Tezliklə “Qumlar Kralı”na çevriləcək və neft gəlirlərini ABŞ-ın himayəsini qazanmaq və yeni silahlar almaq üçün xərcləməli olacaq.

 

Teqlər