Yan 14, 2018 21:32 Asia/Baku
  • Ərəbistan Nəcranda 3 hərbçisinin ölməsi xəbərini təsdiq edib
    Ərəbistan Nəcranda 3 hərbçisinin ölməsi xəbərini təsdiq edib

Ali-Səud rejimi yəmənli qüvvələrinin Ərəbistanın cənubuna olan hücumlarında 3 hərbçisinin həlak olması xəbərini təsdiq edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Nəcran məntəqəsində Ərəbistan hərbçilərinin mövqelərinə artilleriya zərbələri endirmələri nəticəsində 3 səudiyyə hərbçisi ölüb.

Yəmənli qüvvələr həmçinin, Bəyza vilayətində Ali-Səud muzdlularının mövqelərinə bir raket zərbəsi endiriblər.

Daxil olan məlumatlara görə, ötən iki həftədə yəmənli qüvvələrin hücumlarında 20 Ali-Səud muzdlusu öldürülüb.

Daha bir qrup səudiyyə muzdlusu da Məarib vilayətində, Vadi Əl-Nəmlə məntəqəsində yəmənli qüvvələrin hücumları zamanı öldürülüb.

Teqlər