May 04, 2018 13:27 Asia/Baku
  • Yəmənli qüvvələrin əməliyyatlarında bir qrup səud muzduru məhv edilib
    Yəmənli qüvvələrin əməliyyatlarında bir qrup səud muzduru məhv edilib

Yəmənin ordusu və xalq komitələrinin əməliyyatlarında bir qrup səud muzduru məhv edilib və onlara böyük xəsarətlər dəyibdir.

Yəmənin ordusu və xalq komitələrinin snayperləri Ərəbistanın cənub-qərbində yerləşən Nəcran şəhərində üç səud hərbçisini öldürüblər.

Yəmənin ordusu və xalq komitələri həmçinin Ərəbistanın cənub-qərbində yerləşən Cizan şəhərində təcavüzkar səud koalisiyası hərbçilərinin sursatlarını daşıyan üç ədəd hərbi avtomobili məhv ediblər.

Belə bir halda, Yəmənin ordusu və xalq komitələri qüvvələri səud muzdurlarının Yəmənin şimalında yerləşən Əlcuf vilayətindəki mövqelərinə hücum edərək, onlardan bir qrupunu öldürüblər.

Həmçinin səud muzdurlarının iki zirehli avtomobili yəmənli qüvvələrin idarə olunan raketlərilə İbb vilayətinin Ələdin məntəqəsində hədəfə alınıb; bu da bir qrup səud təcavüzkarının ölməsi və yaralanmasına səbəb olubdur.

Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın təcavüzkar hücumlarına cavab olaraq, səud muzdurları və hərbçilərinin mövqelərini hədəfə alırlar.

Ərəbistan ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək  on minlərlə yəmənlinin həyatını itirməsi və yaralanması ilə nəticələnibdir.

Teqlər