İyul 26, 2018 10:12 Asia/Baku
  • İordaniyalılar İsraildən qaz idxalına etiraz etdilər

İordaniyanın müxtəlif sindikatları bu ölkə hökumətinin İsraildən təbii qaz almasına etiraz olaraq aksiya keçiriblər.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, iordaniyalılar bu etiraz aksiyasında sionist düşmən ilə əlaqələrin normallaşdırılmasına qarşı olduqlarını və bu müqavilənin sırf düşmənin maraqlarına xidmət etdiyini bildiriblər. 

İordaniya Fələstinə aid olan və dənizdə yerləşən Lubatan qaz yatağından təbii qaz almaq üçün 2016-cı ilin sentyabrında İsrail rejimi ilə müqavilə imzalayıb. Və hazırda təbii qazın köçürülməsi üçün boru kəmərinin çəkilməsi əməliyyatına başlanılıb. 

Teqlər