Avq 02, 2018 16:54 Asia/Baku
  • İordaniya və Suriya Nəsib keçidini yenidən açmağa hazırdırlar
    İordaniya və Suriya Nəsib keçidini yenidən açmağa hazırdırlar

İordaniya və Suriya, sərhəd Nəsib keçidini terrorçulardan təmizləyəndən sonra bir daha özlərini bu mühüm ticarət keçidini açmağa hazırlayırlar.

Suriyanın nəqliyyat naziri Əli Həmud deyib: Nəsib keçidinin qarşısında duran bütün problemlər aradan götürülüb və yenidən fəaliyyət göstərməsi üçün bu keçidin təmir və bərpa işləri başlanıb. İordaniya ilə sərhəd keçidinə çıxan yol da istifadəyə verilməyə hazırdır.

Digər tərəfdən, İordaniyada əmtəə mal buraxan şirkətlər dünəndən bəri bu keçiddəki ofislərinin bərpası işlərinə başlayıblar. Bu şirkətlərin fəaliyyətləri, rəsmi göstərişin verilməsi və Nəsib keçidinin yenidən açılması ilə başlanacaqdır.

Suriya ordusu iylun altısında bu ölkənin İordaniya ilə sərhəddə yerləşən mühüm Nəsib keçidini azad etməyə və Suriya bayrağını bu keçiddə dalğalandırmağa müvəffəq olubdur.

Suriya ordusunun bu ölkənin İordaniya ilə sərhədlərinə yiyələnməsi sionist rejimin Suriyanın cənubunda bitərəf zona yaratmaq üzrə səylərinə son qoydu və sərhəd keçidinin yenidən açılmasına imkan yaratdı.

Teqlər