Okt 02, 2018 16:46 Asia/Baku
  • Yəmənin Nəcranda səud hərbçilərin mövqelərinə qarşı raket hücumu
    Yəmənin Nəcranda səud hərbçilərin mövqelərinə qarşı raket hücumu

Yəmənin ordusu və xalq qüvvələri raket ataraq, səud hərbçilərinin Ərəbistanın cənubunda yerləşən Nəcran məntəqəsinin yaxınlığındakı mövqelərini hədəfə alıblar.

Yəmənin ordusu və xalq qüvvələrinin raketi səud hərbçilərinin Ərəbistanın cənubundakı Nəcran məntəqəsində yerləşən Əlxəzra keçidinin yaxınlığındakı "Səhra Əlbəqə" mənqəsində yerləşən mövqelərinə düşübdür ki, bu da səud hərbçilərindən bir qrupunun ölməsi və yaralanması, həmçinin onların hərbi təchizatlarınn məhv olması ilə nəticələnibdir.

Yəmənin ordusu və xalq qüvvələrinin raket bölməsi şənbə günü gecə də səud hərbçilərinin Nəcrandakı Ələcaşər məntəqəsində yerləşən mövqelərinə tərəf bir ədəd raket atıbdır. Yəmənin ordusu və xalq qüvvələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, hər gün artmaqdadır.

Teqlər