Mart 16, 2019 18:22 Asia/Baku
  • İsrail rejimi Yəmənə edilən hərbi təcavüzdə iştirak edir
    İsrail rejimi Yəmənə edilən hərbi təcavüzdə iştirak edir

Yəmən Silahlı Qüvvələrinin sözçüsü dedi: Mövcud dəlil və sübutlara əsasən İsrail rejimi Ərəbistanın Yəmənə olan hərbi təcavüzlərində iştirak edir.

Əl-Əhd informasiya portalının bildirdiyinə görə, Yəhya Səri Yəmənə qarşı hərbi təcavüzdə 22 ölkənin iştirak etdiyinə işarə edərək, dedi: Yəmənə qarşı hərbi təcavüzdə yer alan ölkələrin bu təcavüzlərdə hansı formada iştirak etməsinə dair dəqiq məlumatlar mövcuddur və münasib zamanda ifşa ediləcək. 

Yəhya Səri əlavə etdi: Səudiyyə koalisiyasının 2015-ci ilin martında Yəmənə başlatdığı hərbi təcavüzlərdə indiyə kimi Yəmənə yarımmilyondan çox raket və mərmi atılıb. 

Yəmən Silahlı Qüvvələrinin sözçüsü yəmənli qüvvələrin eyni zamanda təcavüzkar düşmənin bir neçə mövqeyini ballistik raket ilə hədəfə almaq imkanına malik olduğunu deyərək, əlavə etdi: Yəmənin silahlı qüvvələri 4 il öncə ilə müqayisədə hazırda çox yaxşı mövqeyə malikdir. 

Ərəbistan ABŞ, BƏƏ və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərbi təcavüzlərə başlayıb. 

Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqına qarşı 4 ildir ki, davam edən amansız hücumlarda bu ölkə xalqını qırğın etmək və infrastrukturlarını dağıtmaqla yanaşı, bu ölkəni qurudan, sudan və havadan mühasirədə saxlayır. Amma, Ali-Səud rejimi Yəməndə öz məqsədlərinə nail ola bilməyib. 

Teqlər