May 25, 2019 08:24 Asia/Baku
  • Yəmən Ənsarullahının sözçüsü: Od yağdıran təcavüzkarlar öz odlarında yanacaqlar
    Yəmən Ənsarullahının sözçüsü: Od yağdıran təcavüzkarlar öz odlarında yanacaqlar

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü yəmənli qüvvələrin Ərəbistanın Nəcran vilayətindəki hava limanına olan hücumunu şərh edərkən deyib: Bu əməliyyat habelə, ondan öncəki və sonrakı əməliyyatlar

Yəmən ordusu və xalq qüvvələrinin pilotsuz uçan aparat (PUA) bölməsi bir daha Ərəbistanın Nəcran vilayətindəki hava limanında olan qırıcıları hədəfə alıblar. Ərəbistanın Yəməndə mülki əhalini qırğın etmək üçün istifadə etdyi bu qırıcılar K2 PUA-sı ilə hədəfə alınıb. 

Yəmən ordusu çərşənbə axşamı səhər də K2 PUA-sından istifadə edərək, elə həmin hava limanında silah anbarını hədəfə almışdılar. 

Sputnik-in bildirdiyinə görə Ənsarullahın sözçüsü Məhəmməd Əbdüssəlam təcavüzkarların Yəmənə qarşı hücumları və mühasirəni sonlandırmadıqları zamana kimi amanda olmayacaqlarını deyərək, əlavə edib: Odla oynayan odda yanar. 

Teqlər