Noy 03, 2019 19:30 Asia/Baku
  • BƏƏ-nin İraq iğtişaşlarındakı müdaxiləsi ifşa olunub
    BƏƏ-nin İraq iğtişaşlarındakı müdaxiləsi ifşa olunub

İraq şəhərlərindəki aksiyalarda etirazçıları təhrik edən əmirliklərin casusluq şəbəkəsinin üzvləri həbs olunublar.

İraqın kəşfiyyat təşkilatı əmirliklərin kəşfiyyat təşkilatının tabeliyində olan bir casusluq şəbəkəsini həbs edib.

Bu şəbəkədən olan casuslar Bağdadın Təhrir meydanında və İraqın sair şəhərlərində aksiyaçıların arasında olublar. Casuslar maliyyə dəstəyi ilə yanaşı, onları İraq hökumətinə qarşı təşkilatlandırırdılar.

Bu şəbəkə birbaşa şəkildə əmirliklərin milli təhlükəsizlik müşaviri Təhnun Zaid və onun xarici kəşfiyyat üzrə məsul şəxsi ilə əlaqədə idi ki, hazırda məsələnin iraqlı rəsmilərlə həlli üçün qərbli tərəflərlə geniş vasitəçiliklər və məşvərətlər həyata keçirir.

 

Teqlər