Dek 13, 2019 19:08 Asia/Baku
  • Səud koalisiyasının casusluq pilotsuzu Cizanda vurulub
    Səud koalisiyasının casusluq pilotsuzu Cizanda vurulub

Yəmən silahlı qüvvələrinin sözçüsü Ərəbistanın Cizan bölgəsində səud koalisiyasının bir casusluq pilotsuzunun vurulmasından xəbər verib.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri bu gün bildirib ki, Yəmənin zenit-raket bölməsi səud koalisiyasının casusluq pilotsuzunu Ərəbistanın cənubunda və Yəmən sərhədindəki Cizan əyalətində yerləşən "MBC" dağının şərqində hədədə alıbdır.

Əlsəri həmçinin Yəmənin hava məkanının tam şəkildə himayə olunması üçün müdafiə gücünün ardıcıl şəkildə artırılmasını vurğulayıb.

Teqlər