Dek 31, 2019 09:02 Asia/Baku
  • Səudiyyə koalisiyasının PUA-sı Yəmənin şimalında məhv edilib
    Səudiyyə koalisiyasının PUA-sı Yəmənin şimalında məhv edilib

Yəmənli mənbələr təcavüzkar Səudiyyə koalisiyasının bir ədəd casusluq uçan aparatının Yəmənin şimalında vurulduğunu bildiriblər.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmənin hava hücumundan müdafiə qüvvələri dünən Səudiyyə koalisiyasına aid olan bir ədəd Pilotsuz Uçan Aparatı Yəmənin şimalında Sədə vilayətində məhv ediblər. 

Bu dekabr ayında təcavüzkar Səudiyyə koalisiyasının yəmənlilər tərəfindən vurulan 9-cu PUA-sı 2029-cu ildə isə 70-ci PUA-sı hesab olunur. 

Ənsarullah və Yəmən ordusunun xüsusiylə son bir il ərzində müdafiə gücünün artması daha aşkar şəkildə müşahidə olunmaqdadır və beləliklə də Yəməndə güc bvalansı dəyişmişdir. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin 2015-ci il mart ayından Yəmənə başlatdıqları hücumlarda minlərlə yəmənli mülki qırğın edilib və bu ölkənin infrastrukturu məhv olub, ancaq Yəmən xalqının müqaviməti nəticəsində təcavüzkarlar öz məqsədlərinə nail ola bilməyiblər. 

Teqlər