Mart 10, 2020 15:42 Asia/Baku
  • Səudiyyə koalisiyasının PUA-sı Əl-Hüdeydədə vurulub
    Səudiyyə koalisiyasının PUA-sı Əl-Hüdeydədə vurulub

Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə qoşunları dünən gecə Yəmənin qərbində Əl-Hüdeydə vilayətində Səudiyyə Ərəbistanının bir ədəd casusluq PUA-nı məhv ediblər.

İRNA-nın verdiyi məlumata görə, bu PUA Əl-Hüdəydənin Əttəhita rayonunda Əl-Fazə bölgəsinin səmasında vurulub. 

Yəmən ordusu və xalq komitələri martın 1-də də Əl-Hüdəydə şəhərinin səmasında Səudiyyə Ərəbistanının 1 ədəd Pilotsuz Uçan Aparatını vurmuşdu. 

5 Fevral da Səudiyyənin 1 ədəd casusluq PUA-sı Əttəhita rayonu səmasında hədəfə alınaraq məhv edilmişdir. 

Yəmən ordusu və xalq komitələrinin Əccof və Məarib vilayətlərində sürətlə irəliləməsi, BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsi də bölgəyə çəkib gətirmişdir. 

O Sənanın şərqində ikən Yəməndə müharibənin dərhal və qeyd-şərtsiz olaraq dayandırılmasına və növbəti ətraflı siyasi prossesin başladılmasına çağırıb. 

SƏUDİYYƏ PUA-SI YƏMƏN ORDUSU TƏRƏFİNDƏN MƏHV EDİLİB 

Teqlər