İyun 29, 2020 08:26 Asia/Baku
  • Suriya BMT-ni ABŞ və Avropa İttifaqının qanun pozuntularını araşdırmağa çağırıb

Suriyanın BMT-dəki daimi nümayəndəsi BMT-ni Suriya xalqına qarşı tətbiq edilən zalımcasına sanksiyaların nəticələləri haqda hesabat hazırlamağa çağırıb.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xıbır verir, Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasını ABŞ və Avropa Birliyinin müxtəlif sahələr üzrə qanun pozuntuları haqda, o cümlədən beynəlxalq hüquq normalarını pozmaları və Suriya xalqına qarşı tətbiq etdikləri zalımcasına sanksiyaların nəticələləri haqda bir hesabat hazırlamağa çağırıb.

Bəşşar Əl-Cəfəri BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda ABŞ və Avropa Birliyinin bu yaxınlarda Suriya xalqına qarşı birtərəfli iqtisadi sanksiyaların uzadılması və sərtləşdirilməsi məqsədilə iki qanun qəbul etdiyinə işarə edib və vurğulayıb ki, ABŞ və Avropa Birliyinin Suriyaya qarşı sanksiyaları BMT nizamnaməsi və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Avropa və ABŞ son illərdə terrorçuları dəstəkləmək məqsədilə dəfələrlə Suriyaya qarşı sanksiya tətbiq ediblər.

Teqlər