İyul 18, 2020 10:17 Asia/Baku
  • Suriyada naməlum mənşəli bir PUA vurulub

Suriya Hava Hücumundan Müdafiə Qüvvələri (HHQ) dünən səhər saatlarında bu ölkənin qərbində yerləşən Həma vilayətində naməlum bir pilotsuz uçan aparatı aşkar edib.

SəhərAzəri xəbər verir ki, Suriyanın Əl-Əxbariyyə kanalı bu haqda daha ətraflı məlumat verməyib.

Ötən həftənin şənbə günü də Əl-Hmeymim aviabazasının müdafiəsi funksiyasını daşıyan HHQ Laziqiyyə səmasında uçan və bu bazaya yaxınlaşmaqda olan bir PUA-nı  hədəfə alıblar.

Bundan əvvəl iyunun 22-də Suriyanın İnsan Haqları Gözətçiləri adı ilə tanınan qurum da Əl-Hmeymim aviabazasına yaxınlaşmaqda olan PUA-nın Suriyanın Hava Hücumundan Nüdafiə Qüvvələri və Rusiya Bazası tərəfindən Laziqiyyə səmasında hədəfə alınmasından xəbər verib. 

PUA-ların dəqiq hansı qüvvələrə məxsus olması məlum deyil. Lakin hərbçilər PUA-ların İdlibdə fəaliyyət göstərən terrorçulara məxsus olduğunu ehtimal edirlər. 

Teqlər