İyul 27, 2020 09:51 Asia/Baku
  • Sionist rejim müqavimət mehvərinin cavabından qorxur

Sionist rejim ordusu müqavimət qüvvələrinin cavab hücumlarından qorxaraq, işğal olunmuş ərazilərin şimalında «dəmir gübbə» adlı raket sistemilə bağlı yeni platformalar quraşdırıb.

SəhərAzəri xəbər verir, Sionist rejimin ötən həftə Dəməşq ətrafına qarşı hava hücumunda Livan Hizbullahı döyüşçülərindən biri şəhid oldu. Bəzi təxminlər Livan Hizbullahının sionist rejimdən intiqam almağa hazırlaşmasından xəbər verir.

Sionist rejimin 12-ci telekanalı dünən axşamçağı bir açıqlamada bildirdi ki, bu rejim ordusu işğal olunmuş ərazilərin şimalında «dəmir gübbə» adlı raket sistemilə bağlı bir neçə platforma quraşdırıb. Onlardan biri, Livanla sərhəddə yerləşən Əlmətlə sionist qəsəbəsində, digəri isə Suriya ilə sərhəddə yerləşən işğal olunmuş Cövlanda və Cəbəl Əlşeyx-dədir.

Belə bir halda, müqavimətin son döyüşlərdəki fövqəladə fəaliyyəti, həmçinin sionist hədəflərin dəqiq nişana alınmasında ahəngdarlıq və idarəçilik dəmir qübbə sisteminin dəfələrlə sıradan çıxmasına səbəb olubdur.

Teqlər