Avq 04, 2020 13:15 Asia/Baku
  • PKK/YPG Əsədlə birləşməyə çalışır - Ekspert

Suriyada PKK/YPG terror təşkilatı Bəşər Əsəd rejiminə yaxınlaşmaq üçün bütün imkanlarını səfərbər edib.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu türkiyəli siyasi şərhçi İmbat Muğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Suriyada vətəndaş müharibəsi başlayanda Əsəd rejiminə qarşı çıxan ilk terror təşkilatı PKK/YPG olub. Son vaxtlarda güc itirən təşkilat Əsəd rejiminə yaxınlaşmaq üçün bütün imkanlarını səfərbər edib.

PKK/YPG eyni zamanda, Suriyada müttəfiq olduğu ABŞ-la birlikdə özünü qanuniləşdirmək üçün yeni bir yol və metod axtarır. Təşkilat bölgədə ABŞ-ın işğal etdiyi neft yataqlarını “qoruyur”. ABŞ da buna qarşılıq olaraq terror təşkilatına neft gəlirinin 25 faizi qədər pay verir”, - İ.Muğlu bildirib.

Teqlər