Avq 20, 2020 10:55 Asia/Baku
  • İŞİD «İbrahim bin Malik» türbəsinə hücum edib

İŞİD terror qrupu İraqın Səlahəddin vilayətinin Əldəcil bölgəsində yerləşən «İbrahim bin Malik» türbəsinə hücum edib.

SəhərAzəri xəbər verir, Bu hücumda 13 nəfər şəhid olub və ya yaralanıbdır.

İŞİD terror qrupunun ünsürləri RPG ilə Şeyx İbrahim bin Malik Əştərin türbəsinə hücum ediblər.

Bu hücumda üç polis və üç Həşduşşəbi qüvvəsi şəhid olub, yeddi mülki də yaralanıbdır.

İŞİD-in 2017-ci ilin noyabrında məğlub olmasına rəğmən, hələ də bu terror qrupunun İraqın bəzi bölgələrindəki sönmüş özəkləri vaxtaşırı terror əməliyyatları həyata keçirirlər.

İraq daxili işlər nazirliyinin bildirdiyinə görə, cari ilin may və iyun aylarında iraqlı qüvvələrin əməliyyatlarında İŞİD-lə əlaqəli təqribən 419 terrorçu həbs olunubdur.

Teqlər