Avq 23, 2020 08:47 Asia/Baku
  • İraqın baş naziri Bəsrəyə səfər edib

İraqlı mənbələr xəbər veriblər ki, bu ölkənin baş naziri Mustafa Əlkazimi Vaşinqtondan geri döndükdən sonra Bəsrənin təhlükəsizlik durumunu araşdırmaq üçün bu vilayətə səfər edib.

Səhər Azəri bildirir ki, Mustafa Əlkazimi İraqın daxili işlər nazrinin də daxil olduğu yüksək səviyyəli təhlükəsizlik heyəti ilə Bəsrə vilayətinə daxil olub.

İraqın baş naziri son zamanlar küçə etirazları başçılarının və ictimai fəalların terror edilmələrinin ardınca şəhərdə yaranmış gərgin vəziyyəti araşdırmaq məqsədilə Bəsrəyə səfər edibdir.

Əlkazimi ötən çərşənbə günü gecə bir qadın həkim də daxil olmaqla iki ictimai fəalın Bəsrədə terror edilməsinin ardınca Vaşinqtonda bir tvitt yayaraq bildirdi ki, bu terrorların amilləri qarşısında təslim olmaq qəbuledilməzdir.

O, bu tvitt-in davamında yazıb: Bəsrə polis rəisi və bu vilayətin bir neçə təhlükəsizlik rəsmisini vəzifələrini yerinə yetirməkdə aciz olduqlarına görə, kənarlaşdırıbdır.

Bəsrə keçən həftə bu şəhərdə baş vermiş terrorlara etiraz olaraq, ötən cümə gecəsindən geniş çaxnaşmaların şahididir və etirazçılar parlament binasını yandırıblar.

Teqlər