Avq 26, 2020 20:10 Asia/Baku
  • Sionistlər qərb sahilnə basqın ediblər

Media mənbələri sionistlərin İordan çayının qərb sahilinə qarşı basqını və fələstinliləri həbs etmələrindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Sionist rejim hərbçiləri bu gün səhər qərb sahilnin müxtəlif bölgələrinə basqın edərək, azad olunmuş əsirlərdən bir qrupu və bir neçə nümayəndə daxil olmaqla 21 fələstinlini həbs ediblər.

Sionist hərbçilər həmçinin Ramullah və Əlbirə şəhərlərinə basqın edərək, fələstinlilərin nəqliyyat vasitələrindən bir neçəsini məhv ediblər.

Digər tərəfdən, onlarla sionist qəsəbə sakini Məsciduləqsaya basqın edərək, fələstinlilərə qarşı təhrikedici hərəkətlərə əl atıbdır.

Digər bir xəbərə görə, fələstinli əsirlər və azadələrin məsələləri üzrə heyətin sədri Qədri Əbubəkr bildiribdir ki, «Ufer» məhbəsindəki fələstinli əsirlərdən on ikisi koronavirusa yoluxub.

Həkim səhlənkarlığı üzündən fələstinli əsirlər arasında koronavirusa yoluxanların sayının artmasından nigarançılıq edən Əbubəkr Qüdsü işğal etmiş rejimin başçılarının bu fələstinli əsirlərin sağlamlığında məsuliyyət daşıdıqlarını vurğulayıbdır.

Bundan öncə də fələstinli əsirlər üzrə araşdırma mərkəzinin sözçüsü Riyad Ələşqər bildirmişdi ki, koronavirusun təhlükəli olmasına və sürətlə yayılmasına rəğmən, Qüdsü işğal etmiş rejim indiyədək bu xəstəliyin zindanlara keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyibdir.

Teqlər