Avq 28, 2020 12:48 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinə qarşı ikinci raket hücumu

ABŞ-ın Bağdaddakı səfirliyi ötən bir neçə saat ərzində ikinci dəfə raket hücumları hədəfinə çevrilib.

SəhərAzəri xəbər verir, İraq mediaları bu gün səhərçağı bildiriblər ki, ABŞ-ın Bağdaddakı səfirliyinə tərəf azı dörd raket atılıb.

Cümə axşamı günü gecə də bir katyuşa raketi səfirliyin yaxınlığına düşmüşdü.

Amerikanın Bağdaddakı səfirliyi və terrorçu amerikan hərbçilərin İraqdakı hərbi bazaları, o sıradan Əltaci və Əlbələd bazaları son aylar bir neçə dəfə raket hücumları hədəflərinə çevriliblər.

Bir çox iraqlı şəxs və iraqlı qrup terrorçu amerikan hərbçilərin bu ölkədən çıxmalarını istəyir. İraq parlamenti də həmin qüvvələrin bu ölkəni tərk etmələri barədə bir layihə qəbul edibdir.

Teqlər