Avq 30, 2020 21:43 Asia/Baku
  • İraqlılar bu gün Kərbəlada Aşura əzadarlığında iştirak ediblər

İraq xalqı bu gün Hüseyn(ə) Aşurası günündə səhiyyə göstərişlərinə riayət edərək, müqəddəs Kərbəla şəhərində əzadarlıq edibdir.

Səhər Azəri bildirir ki, İraqın səhiyyə naziri Həsən Əltəmimi də bu gün səhiyyə protokollarının icra tərzinə nəzarət etmək üçün Kərbəlaya daxil olubdur.

Bu nazirliyin göstərişlərinə əsasən, Hüseyn əzadarları üzlərinə maska vurmaq və sosial məsafəyə riayət etməklə Kərbəlada keçirilən bugünkü mərasimdə iştirak ediblər.

Dünən İmam Hüseyn(ə) hərəmində keçirilən Hüseyn Tasuası mərasimində 250 min nəfərdən çox zəvvar iştirak edibdir.

Həzrət Əba Əbdillah(ə)-ın hərəmi koronavirusa görə, altı ay idi, bağlı idi.

İraq prezidenti Bərhəm Salih Hüseyn(ə) Aşurası münasibətilə verdiyi bəyanatda vurğulayıbdır ki, İmam Hüseyn(ə)-ın islahedici layihəsi öz qüvvəsində qalır və o həzrətin düşmənlərlə qarşılaşmadakı insanlıq müraciəti dəyərli olmaqda davam edir.

İraqın baş naziri Mustafa Əlkazimi də Hüseyn(ə) Aşurası münasibətilə İraq Milli Hikmət Cərəyanının sədri Əmmar Əlhəkimin ofisində olaraq, İmam Hüseyn(ə) əzadarlığı mərasimində iştirak edibdir.

Teqlər