Sen 16, 2020 08:39 Asia/Baku
  • Sionist qəsəbələrdə raket atışı barədə təhlükə siqnalı eşidilib

Ağ Ev-də saziş müqaviləsinin imzalanması mərasimi ilə bir zamanda sionist Əsqəlan və Aşdod qəsəbələrində raket atışı barədə təhlükə siqnalı verilib.

SəhərAzəri xəbər verir, Fələstin mediaları dünən gecə bildiriblər ki, Qəzzə zolağında Fələstin islami müqaviməti Əsqəlan və Aşdod qəsəbələrinə tərəf bir neçə raket atıb.

Yerli mənbələrin bildirdiklərinə görə, sionistlər Fələstin müqavimət qüvvələrinin raket hücumundan dəhşətə gəliblər.

İnformasiya mənbələri bildiriblər ki, indiyə kimi bu raket hücumunda azı yeddi sionist yaralanıb.

Əsqəlan və Aşdod qəsəbələrinə tərəf raket atışı əmirliklər və Bəhreynlə sionist rejim arasında saziş müqaviləsinin imzalanması ilə bir zamanda həyata keçibdir.

Əmirliklər və Bəhreynin xarici işlər nazirləri dünən Fələstin xalqının amalı ilə zidd bir hərəkətdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə sionist rejimlə münasibətlərin adiləşdirilməsi sazişini imzalayıblar.

Bu sazişləri əmirliklərin xarici işlər naziri Abdullah bin Zaid Ali-Nəhyan, Bəhreynin xarici işlər naziri Əbdullətif bin Raşid Əlziyani və sionist rejimin baş naziri Benyamin Netanyahu imzalayıblar.

Mərasimin əvvəlində Trampın vasitəçiliyi ilə əmirliklərlə sionist rejim arasında həmkarlıq sazişi imzalanıb. Sonra oxşar saziş müqaviləsi Bəhreyn ilə sionist rejim arasında imzalanıb.

Əmirliklər və Bəhreynin sionist rejimlə münasibətləri adiləşdirmək üzrə addımları İslam Dünyasında geniş tənqidlərlə üzləşibdir.

Teqlər